AZƏRTING Məhdud Məsuliyyətli Cəmiyyəti respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Azərbaycan 2020: gələcəyə baxış” dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ting bazarının inkişaf etdirilməsi və yerli istehsal potensialının gücləndirilməsi məqsədi ilə yaradılmış şirkətdir. Hazırda şirkətin əsas hədəfi daxili və xarici bazarlara yönəldilmiş meyvə istehsalı modelidir. Şirkətimizin əsas məqsədi respublikamızın dayanıqlı inkişafının təmin olunmasında qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması, eləcə də intensiv bağçılıqda meyvə tinglərinə olan tələbatı nəzərə alaraq ting istehsalını artırmaqdır. AZƏRTING şirkəti güclü bir heyətin dəstəyi ilə müasir texnologiyalar əsasında keyfiyyətcə yaxşılaşdırılmış, ətraf mühitin biotik və abiotik faktorlarına qarşı davamlılığa malik müxtəlif növ meyvə bitki tinglərinin istehsalı və satışını təşkil etməklə, onların xarici və yerli bazarlarda ixracını zənginləşdirir. Şirkətimiz sağlam meyvə tinglərinin istehsalı sayəsində keyfiyyətli və səmərəli istehsal modelini proqnozlaşdırmaqla yerli və xarici bazar tələblərinə cavab verən strategiyaları inkişaf etdirməklə öz fəaliyyətini qurur. Yuxarıda göstərilən məqsəd və vəzifələrə uyğun olaraq AZƏRTING Məhdud Məsuliyyətli Cəmiyyəti yaxın gələcəkdə respublikamızda keyfiyyətli, sağlam meyvə tinglərinin istehsalı və satışı ilə məşqul olan və nəzərdə tutulmuş hədəflərə ən qısa müddətdə çatacaq perspektivli bir şirkət olacaqdır. Şirkətimiz bağçılıq sahəsində bir sıra dövlət qurumları, özəl şirkətlər, fərdi ting istehsalçıları, xarici şirkətlər və beynəlxalq ekspertlərlə əməkdaşlıq edir.

Vahid Əliyev
Meyvəçilik və bağçılıq üzrə ixtisaslaşmış ekspert
Aqrar elmlər üzrə fəlsəfə doktorudur. 35 ildən artıqdır ki, Azərbaycanda meyvə məhsulları istehsalı və modern bağsalma üzrə elmi əsaslara bağlanan praktik bilik və bacarıqlara sahibdir. Meyvəçilikdə əsas zərərvericilər və xəstəliklərə qarşı mübarizə proqramları həyata keçirməkdədir.

Faiq Şeydayev
Meyvəçilik və bağçılıq üzrə ixtisaslaşmış ekspert
Ali dərəcəli aqranomdur 15 ildən artıqdır ki, intensiv modern bağsalma layihələrini hazırlayır və layihə üzrə işlərin icrasına rəhbərlik edir. Əsasən bağsalmada torpaq qida balanasının tənzimlənməsi üzrə praktik bilik və bacarıqlara malikdir.